Bir nadan toxundu bir qız qəlbinə,Söz dəydi ürəyə ağır daş kimi.Qəzəbim çağladı, sellərə döndü,O qızın gözündən axan yaş kimi.

Yenə bir təsəlli tutdu qolumdan,Kobuda neyləsin zərif, utancaq.Güllər könüllərə ətir payladı,Tikanlar çəpərə yaradı ancaq.

1978, 23 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri