Məni susdurammaz düşmən gülləsi,Məlhəmdi qəlbimin yarasında söz.Qüdrətdi dilimin şah damarında,İşıqdı gözümün qarasında söz.

Söz üçün ən ulu dərgaha vardım,Mən sözün eşqinə sinəmi yardım.Axtara-axtara gedib tapardım,Olsaydı dünyanın harasında söz.

“OT” — dedi, dünyanı sözdən yaratdı,Tanrı da söz ilə şöhrətə çatdı.Dağılmaz, yıxılmaz körpülər atdı,Ağılla ürəyin arasında söz.

2006, iyun

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri