Bilməsəm
Yazın ləzzətini duymazdı könlüm,Qışın şaxtasında dona bilməsəm.Üzümə gülməzdi bağlar, bağçalar,Hər gülü bir nazlı sona bilməsəm.
Arzum, ağlar qalmış ömürə dönər,Varlığım pas atmış dəmirə dönər.Gözüm bir qaralmış kömürə dönər,Vaxtında alışıb yana bilməsəm.
Bir atım duz ilə, bir loxma çörəkMənə ömrüm boyu gərəkdir, gərək.Qara daş olardı sinəmdə ürək,Daşların dilini qana bilməsəm.
Mən hansı həvəslə seyrə dalardım,Kimin ürəyində ocaq qalardım,Analı olsam da, yetim qalardım,Bütün anaları ana bilməsəm!
1978, 21 iyun
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bilmesem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qayadan yaranır, daşdan yaranır,Abbas yaxşı deyib, küldən dağ olmaz.
SənsizÜrək, bir dəqiqə gəzə bilmərəmNə yamacı sənsiz, nə yalı sənsiz.
Dağ eşqiQar zirvəmdə bəzək, gül ətəyimdə,Torpağın qoynunda yüksələn dağam.
Kökü baltalanmış ağaca döndümKökü baltalanmış ağaca döndüm,Qupquru çürüyüb qaxaca döndüm,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı
Bu yerlərƏzəldə sultan yeridir bu yerlər,Qeysər ü xaqan yeridir bu yerlər,
Qəzəl: Təğafül eyləmə, saqi, ki növbahar keçərTəğafül eyləmə, saqi, ki növbahar keçərYetincə bir də mənə dövr, ruzigar keçər
DeyilAğlaram yolunda, şəhri-Lənkəran,Bu el qürbət eldi, bizim el deyil.