Kökü baltalanmış ağaca döndüm,Qupquru çürüyüb qaxaca döndüm,Çiçəyi saralmış yamaca döndüm,Sən qayıtmadın.

Bir suyu soğulmuş dəyirman oldum,Həsrətdən əridim, yarıcan oldum.Oğul deyə-deyə bağrıqan oldum,Sən qayıtmadın.

Günəşin önündə nə hünəri var,Gülməsin təbiət, əriməsin qar.Ay oğul, qış getdi, qayıtdı bahar,Sən qayıtmadın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri