Bir vaxt uşaq idim, qürrələnərdim,Özümü hamıdan yekə bilərdim.Ən çətin işə də “asandır” deyib,Həyatı bir yağlı kökə bilərdim.

Bir vaxt uşaq idim, fikirlərimdəYox idi yolların daşı-kəsəyi.Cığırlar ən enli yolum olardı,Dərib qoxlayardım gülü-çiçəyi.

İndi böyümüşəm, səmtim, səfərim,Gah şəhərə düşür, gah da ki kəndə.Heç yerə, heç yerə sığa bilmirəm,Dünyamı kiçildi, mən böyüyəndə.

1972, 19 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri