Dağ eşqi
Qar zirvəmdə bəzək, gül ətəyimdə,Torpağın qoynunda yüksələn dağam.Ucayam, ucalmaq istəyənləriHəmişə başımda saxlayacağam.
Eldən ilham alıb hər zaman, hər an,Əlini hörmətlə sıxacağam mən.Dərədən-dərəyə axan sel kimi,Ürəkdən-ürəyə axacağam mən!
Fil adı verirlər sərçəyə bəzən,Qara kəl deyirlər kəlçəyə bəzən,Dözəmmirəm mən.
Adam var nöqtədir gözündə Vətən,Qaza bülbül deyir, səhraya çəmən,Dözəmmirəm mən.
Bunları eşidən, duyan ürəkdir,Neyləyim, ürəksizGəzəmmirəm mən.
1970, 28 oktyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-dag-esqi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gün bir xəstə gördüm, xəstəlik, nə xəstəlik,İynələrin ucunda bədəni dəlik-dəlik.
Artıq adamMalsan mələ, atsan kişnə, itsən hür,Yox olmağın, var olmağın bilinsin.
QanadlarBaxdıqca insanı qanadlandırır,İncə gözəllərin naz qanadı var.
DüşdüGülə döndüm, güllər kimi açım dedim,Yaz olmamış payız gəldi, sazaq düşdü.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
“Ögey ana” filmindən*Quşlar, quşlar
Əsiri-möhnəti-hicran mənəm, mənƏsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
YağışYağış gəlir yağa-yağa,Ya rəb, yağa bizim bağa,
Ey dil, barı meyxanə sarı bir güzər eyləEy dil, barı meyxanə sarı bir güzər eyləGör məstlərin haləti-vəcdin, nəzər eylə.