Allahım, nəğməylə, cəhcəhlə doldurArı pətəyini, quş yuvasını.Qartalı ayırma öz zirvəsindən,Kəklik də qızdırsın daş yuvasını.

Deşir ürəyimi tikan ucutək,Hər saralan yarpaq, hər solan çiçək.Görən kəndimizdə kim isidəcəkÜşüyən evlərin boş yuvasını.

Yuva uçurmasın hiylənin toru,Nifrətin atəşi, qəzəbin qoru.Allahım, ürəkdə sən özün qoruBütün yuvaların baş yuvasını.

2007, 31 oktyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri