“Dərdim, odum var”, – deyib,Haylama, haraylama.İçində çək bu dərdi,Heç bir kəsə paylama.

Söykə qəmli başınıBir divarın daşına.Qəlbindən keçənləriSöyləmə sevgilinə,Danışma qardaşına.

Hamıya vermir Allah,Dərdi çəkənə verir.Sevdiyinə YaradanDərddən başqa nə verir,İçində çək bu dərdi.

Min dərdin əvəzidi,Baxma ki, birdi dərdin,Sirri Allah açmayıb,Sən açma, sirdi dərdin.Torpaqdı son əlacı,Sonu qəbirdi dərdin,İçində çək bu dərdi.

Son dəfə ah çəkəndə,Ahından haqq biləcək.Bilən bircə sən idin,Bir də torpaq biləcək,İçində çək bu dərdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq