Tarix alındakı qırışlardadı
Xeyli vaxtdır diqqətlə bir qocaya baxıram. Yaşı olar70-80 arası. Çox yaraşıqlı, nur parçası kimi bir kişidir.Üzünün qırışları şumlanmış torpağa bənzəyir. İllər o ağüzdə, açıq alında o qədər xış çəkib ki, qırışları saymaqolmur. Nə bilmək olar, bəlkə də hər qırış bir qara günün,bir qanlı hadisənin, bir faciənin yadigarıdı.Təmkinlə ayağa durdu. “Mən Fətəli xan Xoyskininnəslindənəm”, – deyib ağır durduğu kimi, ağır-ağır daöz yerində əyləşdi. Hamı donmuşdu. O qocanın dediyibircə cümlənin zərbəsi hamını sarsıtmışdı. Qoca niyəgeniş danışmadı? Bəlkə də işlətdiyi bircə cümlə ilə o,hər şeyi hamıdan daha dərin, daha geniş dedi.
Uzun danışmadı o müdrik qoca,Hamını sarsıdan xəbəri dedi.
Tarixi dərindən bilənlər bilir,O bircə cümlədə nələri dedi.
Ən böyük səs-küyün demədiyiniTəbiət çox zaman sükutla deyir.Qapqara qaralır rəngi, dünyası,Göylər öz dərdini buludla deyir.
Dəli ildırımlar çaxır çaxmağı,Fikrini ah ilə, amanla deyir.Tüstülər burulub başından çıxır,Dağlar öz dərdini dumanla deyir.
Qayalar nə çəkib sənələr boyu,Çatılan qaşıyla işarə verir.Üst-üstə yığılan ağrılarınıGözünün yaşıyla işarə verir.
Kimlər güllələnib, kimlər asılıb,Kimlər boğazından çəkilib dara.Qocanın üzündə dərd kitabı var,Hamısı yazılıb o qırışlara.
Bir nəslə Tiflisdə dəyən gülləninFəryadı hələ də qulaqlardadı.Kökün ağrısını budaqlar çəkər,Yaralı meyvələr budaqlardadı.
Kimdi Fətəli xan – millət vəkili,Kimdi Fətəli xan – dövlət naziri.Düşmənin hiyləsi gördü işini,Onu qətl elədi gədənin biri.
Şəkidə doğuldu, Tiflisdə öldü,Bakıda, Gəncədə gur işıq oldu.
Uca şəxsiyyəti Azərbaycana,Məzarı Tiflisə yaraşıq oldu.
Müstəqil dövlətə verdi ömrünü,Çəkdi millət üçün davalarını.Erməni gülləsi özünü yedi,Erməni fitvası nəvələrini.
Uca kişilərə bu qədər hücum,Millətə bu qədər xəyanət nədi.Özü bir dövlətin başında durdu,Nəvəsi Türküstan sürgünündədi.
Faciə bitməyib Fətəli xanla,Oğuldan, uşaqdan qisas alıblar.Qalxan qasırğayla, qopan tufanlaBir nəslin kökünə balta çalıblar.
Uzun danışmadı o müdrik qoca,Hamını sarsıdan xəbəri dedi.Tarixi dərindən bilənlər bilir,O bircə cümlədə nələri dedi.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-tarix-alindaki-qirislardadi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Bu dünyada hər kəsin öz kökü var,Kökdən qopan, Allahı da danacaq.
Adətimiz daş idi dəva günüAdətimiz daş idi dəva günü,Tullarıdıq əldə sapan qıjhaqıj.
Ulu dağOsmanlının cənnətiymiş Ulu dağ,Göyün yerə minnətiymiş Ulu dağ.
Bizi məyus edən dəhrdə məyus olsunDüşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.