Qazax deyə-deyə ağlayan qadın
Bənzəyir başına qar yağmış dağa,Nurani bir ana qalxır ayağa.Hər damla gülləyə, mərmiyə dönür,Gözündən od kimi çıxır, ağlayır.Özüylə, sözüylə bacara bilmir,Dişi dodağını sıxır, ağlayır.Dinəndə dilində sözü qırılır,Sözü qura-qura danışır qadın.– Ay oğul, Qazaxlı qızıdır anam,Əlağa nəsliyəm, Şıxlılardanam!
Anam vurğunuydu Səməd Vurğunun,Əzbər oxuyurdu “Azərbaycan”ı.Vətən həsrətiylə üzüldü canı,Payız yarpağıtək saralı getdi.Elə Qazax dedi, Qazax eşitdi,Düşdü el-obadan aralı getdi.Gözündən köksünə yaş dama-dama,Damcılı bulağın maralı getdi.Babası Vətənə şöhrət olanınNəvəsi qürbətdə yaralı getdi.
...Qadının gözünü yaş tutdu, boğazını qəhər. Söz di -lində qırıq-qırıq, cümlə dodağında çilik-çilik oldu. Ölümayağında anasının korun-korun yanan ocaq kimi tüstülənə-tüstülənə oxuduğu bayatıları xatirinə gətirib, onları özdiliylə “anam belə deyərdi”, – deyib gümüldənə-gümül -dənə oxumağa başladı:
Yüz də var,Doxsan da var, yüz də var.Demə daş möhkəm olur,Daşdan möhkəm üz də var.
Ulu dağlar,Çeşməli, sulu dağlar.Qərib yerdə öləninÜstündə bulud ağlar.
Daşda məni,Daş götür daşda məni.Qəmli yerdən kağız var,Yazıblar başda məni.
Hamı susmuşdu. Sükutu pozan təkcə ananın səsiydi.Gərək daş olasan ki, ürək bu səsin şiddətindən parça-parça olub yerə tökülməyə. O, bütün sürgün görən ana -ların gözüylə ağlayır, bütün dərdli anaların diliylə danı şırdı.Hamının göz qapaqları enmişdi. Anaya qulaq asa-asahərə öz içiylə danışırdı. Hər kəsin öz içində gedəndanışıqlarını dünyanın heç bir bəstəkarı öz bəstə siylə,dünyanın heç bir şairi öz şeiriylə ifadə edə bil məzdi.Gözüylə, kirpiyiylə odlar görmüş ananın qür bətdə mələrqalmış elsiz-obasız, arxasız, köməksiz balası danışırdı.Danışırdı ki:
Gözümüz yolda qalıb,Gələn unudur bizi,gedən unudur bizi,Biz Vətənə neylədik,Vətən unudur bizi.Niyə yaddan çıxarır,nədən unudur bizi.Üzünü mənə tutur,bəlkə, günahkar mənəm.Bəlkə, bu məşəqqətəQəlbi, ruhu biganə,qulaqları kar mənəm.Səslənib – duymamışam,çağırıb – gəlməmişəm.Onun haqqı yolundavuruşub ölməmişəm.Adını çəkməmişəmbir əsərdə, kitabda,Mənim payım olmayıbOnun çəkdiyi dərddə,yaşadığı əzabda.Vurulanlar vuruldu,qırılanlar qırıldı,Ayrılığın, həsrətin,işgəncənin əlindəNeçə məsum körpənin,Neçə bədbəxt ananınyanan bağrı yarıldı.Sürgün deyilən kimiSibir düşür yadıma,Neçə adıbilinməzqəbir düşür yadıma.Neçə ilan mələyənçöllər düşür yadıma,Dağdan yox, dərədən yox,İnsan gözündən axansellər düşür yadıma.Suların məşqinə bax,Sellərdə daşqına bax.Dərdimdən oynayıram,Deyirlər eşqinə bax.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qazax-deye-deye-aglayan-qadin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
سوختم از غم عشق تو چه تدبیر کنم
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
Eşitcək bu sözü təbim həzan dilkəbab olduEşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu:
Sipasi-şükrü həmdi-fərdi-yektaSipasi-şükrü həmdi-fərdi-yekta,Xudayi-biməsəl, həyyü təvana,