Nə soyuqdu, nə istidi,Havalar həlimdi bu gün.Çiçəklər qızıl külçəli,Ləçəklər ləlimdi bu gün.

Şirəsini çəkir arım,Dağ sevgilim, çəmən yarım.Bala batıb barmaqlarım,Ballanan əlimdi bu gün.

Yerə-göyə gözəllik tən,Eşq bir toxum, gözəllik dən.Bu ilahi gözəllikdən,Ayrılmaq ölümdü bu gün.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq