Yaranıb
Sükutu duy, səsi anla,demə daşlar lal yaranıb,Gör bir başı nələr çəkib,sərt qayalar sal yaranıb.
Hərəkəti olmayanınbərəkəti ola bilməz.Arı süzüb, ətir çəkibçiçəklərdən, bal yaranıb.
Üfüqlər var uçmaq üçün,ulduzlar var qucmaq üçün.Dərədə ilan sürünür,dağlara qartal yaranıb.
Yuvasına, yurduna bax,baramanın qurduna bax.Tut yarpağı sapa dönüb,atlaz olub, şal yaranıb.
Ulu tanrı, nə yaxşı ki,şairlərə ilham verib,Xəyallara qanad taxıb,qanadlı xəyal yaranıb.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yaranib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ərişindən, arğacından,Sürüsündən, arxacından,
Əsgər qardaşıma məktubArxaya çəkilsən, arxa – uçurum,Kənara dayansan, kənar – ölümdü.
ŞeirimHaqqın var baş olub, başda durmağa,Qaldır məmləkəti ayağa, şeirim!
Çıxış edir Xəlil RzaŞəhid oğulun yasında şair atanın çıxışı*Xəlil Rzanı sağlığında ölməz elədi. Qanla yazılan*
Başqa şairlərin şeirləri
Eşitsin kainat verirəm xəbər:Yoxdur bu dünyada məndən bəxtəvər.
Sizlərsiniz! Ey qövmi-macar, bizlərə ixvanSizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
YamandırBadi-səba, xəbər apar yarımaSöylə ona bir-bir halım yamandır