“Toyunu görüm” dedi
Ömrün oğlan çağında,Bir dünya sevgi duydum,Bir qarış torpağında,Gəzdim doğma kəndimi.Qoy özü versin cavab,Ona olan istəyim,Bircə gün azaldımı,Bircə gün tükəndimi?!Bağlarına su verdim,İçib-içib doyunca,“Toyunu görüm” dedi.Baş qaldırdı çiçəklər,Yaşıl yollar boyunca,“Toyunu görüm” dedi.Düzəltdi öz qəddini,Baharda bənövşəsi.Sığal verdi hüsnünə,Toy biçimli meşəsi,“Toyunu görüm” dedi.Boya-başa yetirdi,Nağıllar, əfsanələr,Dilində xeyir-dua,Ağbirçəkli nənələr,“Toyunu görüm” dedi.Ağsaqqal babalar da,Baxdı uca boyuma,“Toyunu görüm” dedi.Sevənlər, sevilənlər,Hazırlaşdı toyuma,“Toyunu görüm” dedi.Toyum oldu payızda,Gizli yandım-yaxıldım,Qəlbim nəşə görmədi.Niyə mənim sevgimi,Toyunu görüm deyənO bənövşə görmədi,O bənövşə görmədi!1974, 10 dekabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-toyunu-gorum-dedi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Çiçəklərdən səni könlümDilər keçər, dərdin alım!
خطت که رفت در بغل هاله ماه ازوپوشیده است کعبه پلاس سیاه ازو
Yad gül dərə bilməzYad gül dərə bilməz çəmənimdən,Heç qüvvə ayırmaz məni bir an
Yetişib müjdeyi-canbəxş ki, canan gəliriYetişib müjdeyi-canbəxş ki, canan gəliriCanibi-gülşənə ol sərvi-xuraman gəliri.