Hardan gəlir Zəlimxan – anasının südündən,Atasının insanı yüksəldən öyüdündən,Pir olmuş babasının pirləşən ağılından,Nur olmuş nənəsinin bal kimi nağılından.İnsanın, insanlığın Adəmindən, Nuhundan,Yaradanın eşqindən, yaranmışın ruhundan.Min ildir ki yorulmur, dərs öyrənir “Manas”dan.Türkün öz taleyidi,Təpədən-dırnağacan Zəlimxandı bu dastan.Dünənin işi deyil, Zəlimxan başdan gəlir.Gültəkinə, Orxona, Yeniseyə yazılıb,Qisməti daşdan çıxır,Tarixi daşdan gəlir.Bir əli yer üzündə, bir əli də haqdadı,Xəyalı göylərdədi, mayası torpaqdadı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale