Payızda
Dolu budaq salxımlanar, sallanar,Meyvələrin zədə yeri xallanar.Qızıl alma şəkərlənər, ballanar,Nar dənəsi noğullanar payızda.
Dağ döşündə haray çəkən sel olmaz,Yurd yerində oba qalmaz, el olmaz.Qəlb oxşayan, könül açan gül olmaz,Yazın ömrü nağıllanar payızda.
Əli yetməz öz ömrünün yazına,Həsrət gülər çiçəklərin nazına.Çaylar dönər Aşıq Qərib sazına,Dəli sular ağıllanar payızda.
1977, 4 fevral
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-payizda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Mənəm
Zodlu Abdulla:**Arif məclisində, qanan yanında,
Olmaz bu qədər ağıllı heç bir insanMehrin, qılığın etdi məni lap heyran.
Mürəbbe: Gedərdi sinəmdən bu dağ həsrətGedərdi sinəmdən bu dağ həsrət,Əgər sənin cəmalını görsəydim,
İnqilab yurduDedilər hər sabah, hər axşam yenəBaxırsan yollara həsrətli gözlə...