Küləklər qovanda qaraldı qanı,Bulud göy üzündə buluda dəydi.Şimşək meşələrə saldı tufanı,Zərbəsi yenə də palıda dəydi.

Məğrur bir ağacın aldığı zədə,Budaqdan-budağa gəzdi, car oldu.Günəşin nurunu hamı içsə də,Şimşəklə döyüşən palıdlar oldu!

1975, 17 may

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar