Məndən qorxunuz olmasın
Büdrəmək var, yıxılmaq yox,Məndən qorxunuz olmasın.Əyilmək yox, sıxılmaq yox,Məndən qorxunuz olmasın.
Yoxdu içərimin xıltı,Nə zülmətəm, nə qaraltı.Mənimdi göylərin altı,Məndən qorxunuz olmasın.
Nə itənəm, nə batanam,Nə alanam, nə satanam.Tanrı taxtına çatanam,Məndən qorxunuz olmasın.
Əldə dürüst qələm varsa,Qələmdə bir aləm varsa,Millət adlı Lələm varsa,Məndən qorxunuz olmasın.
Cavandayam, qocadayam,Bəzirganda, xocadayam.Ucalardan ucadayam,Məndən qorxunuz olmasın.
“Ol” deyilən həmən “OT”am,Üfüqləri qucan qolam,Sonsuzluğa gedən yolam,Məndən qorxunuz olmasın.
Dağ qamətim, zirvə başım,Tarix ömrüm, zaman yaşım.Qaya gücüm, daş yaddaşım,Məndən qorxunuz olmasın.
Çayı nədir, arxı nədir,Bu fələyin çarxı nədir.Mən varamsa, qorxu nədir,Məndən qorxunuz olmasın.
2006, 9 avqust
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-menden-qorxunuz-olmasin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ol deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah
VarmolaGecə-gündüz qaldım zülmət içində,Mən kimi zülmətdə qalan varmola?