O quş mənim qəlbimi açmaq üçün oxuyur
Quş quşluğuman bilirtutqunam, dumanlıyam,O quş mənim qəlbimiaçmaq üçün oxuyur.Bilir ki, daş atıblarqəlbimin aynasına,O quş mənim qəlbimiaçmaq üçün oxuyur.
O yuva o budağın,budaq quşun qisməti,Qurulan hər nə varsa,quruluşun qisməti.Bu nəğmələr ürəyin,ağlın, huşun qisməti,O quş mənim qəlbimiaçmaq üçün oxuyur.
Çən-dumanı başımdandağıdan meh — küləkdi,Ruhumun bağçasındatoxum saldı, gül əkdi.Bəlkə, quş libasındaxilaskar bir mələkdi,O quş mənim qəlbimiaçmaq üçün oxuyur.
Bir dünya var zilində,bir dünya var pəsində,Yerin, göyün, varlığıncilvəsi var səsində.Bəlkə, Allah göndərib,Davudun ləhcəsindəO quş mənim qəlbimiaçmaq üçün oxuyur.
Hər ürəyin içində ötənqumru var, qu var,Hər səsdə açan çiçək,dumduru axan su var.Məni də özü kimioxutmaq arzusu var,O quş mənim qəlbimiaçmaq üçün oxuyur.
2006, avqust
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-o-qus-menim-qelbimi-acmaq-ucun-oxuyur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu yol Məkkə yoludu,Bu yol şərəf-şan yolu.
MəkkədəÇağırdıq qadir Allahı,Yazıldı qismət Məkkədə.
Şairin andıEy qadir Allah! Sənə ona görə səcdə eləmirəm ki, Sənin*cənnə ti nə tamahım var, ona görə səcdə eləmirəm ki, Sənin*
Allah evindəUçur, qanadlanır Allaha doğru,İnsan bir quş olur, Allah evində!
Başqa şairlərin şeirləri
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Qəzəl: Yetdik cahanda cana yetişməz əcəl-məcəlYetdik cahanda cana yetişməz əcəl-məcəlEy kaş ola bu dirilikə ölmək bədəl-mədəl
Bu çöldə, bacı, möhnəti-hicran sənin olsunBu çöldə, bacı, möhnəti-hicran sənin olsun,Ağlar göz ilə zülfi-pərişan sənin olsun.
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,