Qəbristanlıq. düşüncələri
Hara baxsan daşdı, daş,qəbristanlıq daşları,Gedənlər bu daş kimilaxladılar getdilər.Ölənlər öldü getdi,qurtardı öz canını,Dərdi-qəmi bizlərəsaxladılar getdilər.
Gülüşdən gülüstanı,gözyaşından dəryası,Gördülər, yaşadılarhər bayramı, hər yası.Hər insan övladınınbir toyu var, bir yası,Sevindilər, güldülər,ağladılar getdilər.
Ölüm varsa, nə fərqi,kim nədən öldü, nədən,Göylərə ucaldı ruh,torpaqda yatdı bədən.Dirilər qara geydi,ölülərsə ağ kəfən,Gedəni ağa bükübağladılar getdilər.
Yerə-göyə sığmadıişvələri, nazları,Aşıq olan kəslərindil-dil ötdü sazları.İgid-igid oğullargözəl-gözəl qızlarıİylədilər, dərdilər,qoxladılar getdilər.
Dərman tapan oldumudərdinə, azarına,Ümid varmı dünyanınbehinə, bazarına.Saraylardan çəkildihər kəs öz məzarına,Əbədi yuxu tapıbyuxuladılar getdilər.
2006, avqust
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qebristanliq-dusunceleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yurd yeri çevrilər dərd yerimizə,Cavanı seyrələr, qocası qalmaz.
Xocalım, ay XocalımBu dağların qoynunda yaşıl bir kənd varıydı,Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Qaçqın çadırında bir qız ağladıİmamverdi İsmayılova*Qaçqın çadırında bir qız ağladı,
ArzuDəlib-deşir ürəyi dərd ürəkdə qalanda,Dərdləşmək gözəl işdi, dərdini duyan ola.
Başqa şairlərin şeirləri · Ölüm
İlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!
من آن مردم که پیش از مرگ مردمتن خود را به گورستان سپردم
GedirsənMal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən
Ölməkmi, yaşamaqmı?Bir an susmaq sərin torpaq altında,Qurtulmaq bu ağır, sonsuz zillətdən.