Payızdı. Sozalıb dağlar, dərələr,Nə şirin dincəlib, nə şirin yatır.Bu ana torpağın dizi üstünəHəm çiçək baş qoyur, həm gözəl yatır.

Şeirdir, nəğmədir yerin hər qatı,Nəğməsiz keçərmi elin həyatı.Hər dağın qoynunda qoşma, bayatı,Hər daşın altında bir qəzəl yatır.

1977, 3 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar