Dənizdə batan günəş
Ey dostluqdan yorulmaz, mənim sevimli eşqim,Sənə olan eşqimi söndürmədi illər də,Yenə yardan-yoldaşdan ayrı düşüb günəşim!Dolaşıram səninlə bu gözəl sahillərdə.
Ey günəş, qızıl günəş, dənizdə batan günəş!Hər sabah şirin-şirin məni oyadan günəş!
Ölkəmin göylərində parlasın qanadların,Nurundan qüvvət alsın çiçəklənən diyarınSinəsi açıq sənə bağçaların, bağların,Gizli bir sevdası var sənə yaşıl dağların.
Ey günəş, qızıl günəş, dənizdə batan günəş!Hər sabah şirin-şirin məni oyadan günəş!
Hər il qonağın olur min-min yerdən adamlar,Ölkənin sarı saçlı, qara gözlü qızları;Ölkənin şirin dilli, şirin sözlü qızlarıSəndən qüvvət toplayar, hər gün səni salamlar.
Ey günəş, qızıl günəş, dənizdə batan günəş!Hər sabah şirin-şirin məni oyadan günəş!
İstərəm ki, tellərin uzansın hər tərəfə,Qalmasın Yer üzündə isinməyən bir bucaq;Qalxsın, sənə qarışsın, səndən olsun bir dəfəGizlinlərdə, uzaqda çatıdayan hər ocaq.
Ey günəş, qızıl günəş, dənizdə batan günəş!Hər sabah şirin-şirin məni oyadan günəş!
Ey dostluqdan yorulmaz, mənim sevimli eşqim,Sənə olan eşqimi söndürmədi illər də,Yenə yardan-yoldaşdan ayrı düşüb günəşim!Dolaşıram səninlə bu gözəl sahilləri.
Ey günəş, qızıl günəş, dənizdə batan günəş!Hər sabah şirin-şirin məni oyadan günəş!
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-denizde-batan-gunes
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Apardı Saranı sellər, bu ellər Sarasız qaldı,Alışdı Xançobani dərdü qəmdən çarəsiz qaldı.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi