Sonda ölüm var yenə
Beş yaşa, ya on yaşa,Təbiətlə bəhsə gir.Min yaşa, milyon yaşa,Hamıdan əvvəl doğul,Ya hamıdan son yaşa,Sonda ölüm var yenə.
İsa kimi göyə çıx,İsgəndər ol, Teymur ol,Yer üzünə yiyə çıx.Tanrıyla söhbət üçünMusa kimi dağa çıx.Uzun ömürlülükdəHamıdan qabağa çıx.Qaç qəmlərin əlindən,Yaşıl bir yaylağa çıx,Sonda ölüm var yenə.
Sənə bağışlasınlarYeri, yurdu, həyatı,Qollarınla qucaqlaHüdudsuz Kainatı.Lap yeddinci göydə dəKükrəsin eşqin atı,Təslim olsun əmrinəGöylərin doqquz qatı,Sonda ölüm var yenə.
Uzaq olsun Əzrayıl,Heç kəsdən can almasın.
Fatehlər, sərkərdələrQılıncını çalmasın.Dayandırsın məhşəri,İsrafil sur çalmasın.Sevgililər soyuyub,Sevgilər azalmasın,Sonda ölüm var yenə.
Ölüm insan önündəƏyilib beş qat olsa,Həyatın özü qədərUzun bir həyat olsa,Ölümlə başlanıbsa,Bu dünyanın əvvəli,Sonda ölüm var yenə,Sonda ölüm var yenə.
2000, 29 sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sonda-olum-var-yene
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Afağı ağladırsa da tə’siri-matəmin,Asudə yat, bu mövt ilə sarsılmaz aləmin.
Yalvarım ağaBunda kim var, dirəm, yar vəfadarım ağa,Çəkibən xəlvətə bir sirr açım əsrarım ağa,
Səni gər çəksələr, ey dil, bu meydan içrə dar üstəSəni gər çəksələr, ey dil, bu meydan içrə dar üstə,Budur şərti-vəfa kim, dutmayasan yar yar üstə.
Feraqı qismət edib çərxi-kəcmdar mənəFeraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.