Şəms gəlib bu yerə ayaq basandan,Ustad əriyirdi eşqin içində.Dəli bir dəryaydı Şəmsin sevdası,Mövlana qalmışdı daşqın içində.Çıxmışdı yadından məktəb, mədrəsə,Fikri dəyişmişdi beş gün içində.Baş-başa iki şam tüstülənirdi,Yanırdı hücrənin, köşkün içində.Mövlana itmişdi öz dünyasında,Özünü sübhana bağışlamışdı.Önündə bir dəniz dalğalanırdı,Ömrünü tufana bağışlamışdı.Şəmsə dəniz deyib, özünə damla,Damlanı ümmana bağışlamışdı.Onun dünyasının adı Şəms idi,Dünyaya baxırdı Şəmsi görürdü.Dünyanın içində bir cənnət kimi,Konyaya baxırdı Şəmsi görürdü.İşıqlı cümlədə, nurlu fikirdə,Sevdiyi kitabda Şəmsi görürdü.Verdiyi sualda, aldığı sözdə,Tapdığı cavabda Şəmsi görürdü.Can iki olsa da, ürək bir idi,İman bir, güman bir, dilək bir idi.Cəbrayıl açmışdı qanadlarını,Onlara ruh verən mələk bir idi.Dünyada nə qədər sirlər açıldı,Çətin sualların tapıldı həlli.Ruminin nəyi var Şəmsə əyandı,Şəmsin nəyi varsa Rumiyə bəlli.Bu görüş duyğular səltənətiydi.Dünyanı yenidən tama gətirdi.O, Şəmsin qəlbinə Mövlana eşqi,Şəms onun ömrünə “Səma” gətirdi.

Tapar bir-birini sevən könüllər,Dünyanın o başı, bu başı yoxdu.İtirən ağlayar, tapan sevinər,Səbəbsiz tökülən göz yaşı yoxdu.

Görən müridləri, tələbələri,Gələn qonaqları donub, mat qalıb.Nə yaxşı bir belə eşqin odunda,Rumi kül olmayıb, salamat qalıb.İlahi, belə də sevmək olarmı,İlahi, belə də duymaq olarmı?Dönüb bir dərvişin divanəsinə,Bir cana bu qədər qıymaq olarmı?Arifin dərdini ariflər bilər,Cahillər nə bilsin nədi bu sevgi.Sözünü oğula, qıza demədi,Sözünü zamana dedi, bu sevgi.Bu sevgi dedi ki, insan oğluna,Dünyada insanlar çox-çox olsa da,Hamı ərən deyil, hamı ər deyil.Nə övlad, nə qadın, nə dost, nə sirdaş,Tanrı varlığına, Allah eşqinə,İlahi hökmünə bərabər deyil.Uca Mövlananın uca taxtına.Gəlmişdi Tanrının elçisi kimi.Enmişdi torpağa ilahi eşqin,Nizamı, sahmanı, ölçüsü kimi.Bir mələk gəlmişdi dərviş donunda,Həqiqət şəklində, ərmiş donunda.Elmə bir aşiqlik gətirmişdi olAşiqə sadiqlik gətirmişdi olÖmrə bir şirinlik gətirmişdi olAğla bir dərinlik gətirmişdi olSəkkiz peyğəmbərin səkkiz sifəti,Sufi ürəyində yer eləmişdi.

Hər biri Allahın nişanəsidi,Şəmsi bir basılmaz ər eləmişdi

Şəms sahib olmuşdu bu sifətlərə,Mövlanam tabeydi həqiqətlərə.Burda comərdlik də, ədalət də var,Səbir də, dözüm də, dəyanət də var.Allahdan bəndəyə göstərilən yol,Bəndədən Allaha işarət də var.Musa geyimindən bir sifət də var,İsanın çıxdığı səyahət də var.Bütün sifətlərin cəmi, hasili,Əxlaq zirvəsində Məhəmməd də var.Uca Mövlananın dərinliyinə,Şəmsin ürəyində bir heyrət də var.Mövlana qəlbində eşqin Şəmsinə,Bir sonu görünməz məhəbbət də var.Ruh-ruha, qan-qana, can-cana bağlı,Canda nələr varsa cahana bağlı.İnsan öyünməsin varidatıyla,Nə varsa xaliqə, cahana bağlı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq