Hazırlanırmış
Bir hörmət elədin, bu hörmətinləBaşımın qaxıncı hazırlanırmış.Sən əlbir olanda nifrətlə, kinlə,Boynumun qılıncı hazırlanırmış.
Dünya dağılmazmı qurd nəfəsiylə,Qulaq kar olmazmı bayquş səsiylə.Əlin oynasa da gül şirəsiylə,Zəhərli bir damcı hazırlanırmış.
Dedim, bala kimi döşə çəkirsən,Nə bilim, ətimi şişə çəkirsən.Sən demə, dərimdən köşə çəkirsən,Belimə bir qamçı hazırlanırmış.
1978, 25 dekabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-hazirlanirmis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
Ata nəsihətiBəsdir, ey oğul, boş yerə bu elmə çalışma,Qanın tələf oldu!
Dünyanın sonuna nöqtə qoya bilmir TanrıGecə saat 25:00qısılıb göyüzünün bir küncünə