Yaradaydı
Baxaydı sözümə bu qoca dünya,Dəyirman üyütməz dən yaradaydı.Nə qara saçlara qar düşəydi, qar,Nə ala gözlərə çən yaradaydı.
Çəkildi axşamı, getdi səhəri,Dolana bilmədim kəndi, şəhəri.Cıdıra çıxanda xallı kəhəri,Meydanı bir xeyli gen yaradaydı.
Yandı bu çöllərdə zəmi, neyləsin,Batdı bu dəryada gəmi, neyləsin.İnsan bu dağ boyda qəmi neyləsin,Onu bir balaca şən yaradaydı.
Bizi çox oynatdı küllə, kömürlə,Qatdı başımızı daşla, dəmirlə.Zəlimxan neyləsin beş gün ömürlə,Ömrümü arzuma tən yaradaydı.
1978, 26 dekabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yaradaydi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ömrün yollarında arxalanmağa,Kişi var, dədə var, ər var, ərən var.
Tanrım, sənə şükürlərTanrım, sənə çox şükür,Sənə tapınmaq üçün,
SəslərEşidə bilirsənmi göydən gələn səsləri?Yağışın da, qarın da, buludun da səsi var.
Desəm ki...Göylərin qapısı üzümə açıq,Yerlərin qapısı üzümə açıq.
Başqa şairlərin şeirləri
Tutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməz,Görən bir gəz səni ömründə hərgiz dərdü-qəm çəkməz
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,