Dodaqların olan kimi,Püstə olmaz, badam olmaz.Yön çevirsən mənə sarı,Ağrım olmaz, qadam olmaz.

Zəhmətimi zay eylədin,Məcnunlara tay eylədin,Sən məni rüsvay eylədin,Daha məndən adam olmaz.

Eşqə həsrət, yara ləlik,Bağrım oldu dəlik-dəlik,Kəs başımı birdəfəlik,Belə çətin edam olmaz.

1999, 20 yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri