Özü oynayan deyil,Onu bir oynadan var.Ocağını üfürüb,Suyunu qaynadan var.

Niyə yolunu azdı,Niyə qəbrini qazdı.Haramı tanımazdı,Daddıran var, dadan var.

Qayıtmaq gecdir daha,Üzrü günahdan baha.Batırıblar günaha,Ortalıqda nadan var.

2007, aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri