Vaxt bir ömrü imtahanaGör bir neçə dəfə çəkir.Gah bizi şərəfsizliyə,Gah da ki, şərəfə çəkir.

Gözdə eynək, əldə əsa,Ürək batır hisə, pasa.Yas məclisi dartır yasa,Toy məclisi kefə çəkir.

Suda qaralan kömürdü,Odda alışan dəmirdi.Olan-qalan bir ömürdü,Hərə bir tərəfə çəkir.

2000, 2 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri