Bir zaman dağ mənim, daş mənimiydi,Mən eşqin dağından enib gəlmişəm.Gözümün işığı gözümdən düşüb,Canımın sağından enib gəlmişəm.

Güc ola, zamanı alam atından,Tutam yaxasından, salam atından.Ömrümün-günümün salamatından,Ən şirin çağından enib gəlmişəm.

İndi nə iştaham, nə də ki aşam,Bir himə bəndəm ki, büdrəyəm, çaşam,Heyrətdən süzülən bir damla yaşam,Yarın yanağından enib gəlmişəm.

1999, 7 iyun

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq