Nizami Gəncədə uyuyur,Füzuli Bağdadda,Xaqani Təbrizdə,Mövlana Konyada,Yəsəvi Türküstanda.Hər biri qərar tutubMin nağılda, min əfsanədə,min dastanda.Nəsimi Hələbdə yatır,Xətai Ərdəbildə,Sabir Şamaxıda,Cavid Naxçıvanda,Vaqif Şuşada.Bir doyulmazlıq varBu möcüzəli tamaşada.Hərə bir yerdə qərar tutubHərə bir cənnət məkanda uyuyur.Uyuyur Allahın əziz bəndələri,uyuyur, uyuyur.Min illər keçir aradan,Dahilərə qarşıNə sevgi azalır,Nə istək tükənir,nə məhəbbət soyuyur!

2010, 25 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri