Göylər dolur-boşalır,Axan dolu buludlar,Dumanlar hesabına.

Gecə-gündüz qaynaşır,Dənizlər xoşbəxt olur,Limanlar hesabına.

Yaxşılardı dünyanı,Yaraşığa mindirən.Dağılardı bu dünya,Yamanlar hesabına.

Yaxşı ki, uca Tanrı,Qoruyur bu dünyanı.Dünya duruş gətirir,Dürüst, saf əqidələr,İmanlar hesabına.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar