Göy üzündə durnaların,Səfi mənəm, ağrın alım.Yer üzündə bulaqların,Safı mənəm, ağrın alım.

Fırlanmağa edər vərdiş,Məndən keçər çərxi-gərdiş.Aşıq, mürşid, ozan, dərviş,Sufi mənəm, ağrın alım.

Yağmaladı məni yağı,Körpülərin çökdü tağı.Ağrımızın Ağrı dağı,Qafı mənəm, ağrın alım.

Halallıqdan tutdum maya,Şükür haqdan gələn paya.Tək sazımla bu dünyaya,Kafi mənəm, ağrın alım.

2009, 25 yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri