Ağrıyır ürək
Davaya-dərmana dözə bilmərəm,Ağrıma ürəyim, ağrıma hələ.H.Arif
Daş atıb qıranda dilbilməz, naşı,Ürək qəzəbindən ağrımadımı?Elə göynədi ki, bağrımın başı,Çıxartdı yadımdan ağrım adımı.
İncə bir gözəlin zərif ruhunaBir naşı tənəsi toxunan kimi, ağrıyır ürək.Odlu baxışından, nurlu gözündənİztirab kəlməsi oxunan kimi, ağrıyır ürək.
Ehtiyac üzündən əlacsız qalıb,Açılan əl görür, ağrıyır ürək.Haqqı utandırıb hörmətdən salan,Əyri əməl görür, ağrıyır ürək.
Tez yanıb, tez sönən bir şimşək bilir,Közü kömür görür, ağrıyır ürək.Vaxtsız şaxta vuran gül-çiçək bilir,Solan ömür görür, ağrıyır ürək.
Yarpaq da düşəndə öz budağından,Birinci ürəyi yaxalayır qəm.Ağır bir xəbəri götürə bilmir,Beş addım getməmiş ağrıyır ürək.
Tufanlar göylərə kül sovurur, kül,Qara yel əsəndə ağrıyır ürək.Şair sinəsində dincəlməz könül,Ağrıma desən də, ağrıyır ürək.1974, 9 dekabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-agriyir-urek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Goranboydan gəlirəm, yuxulu, səksəkəli,Yatammıram, yuxumu səngər ərşə çəkəli.
Tabut kimiÇiynimizdə nə qədər şəhidlər yola saldıq,Heç vaxtımız qalmadı toylara, düyünlərə.
Axmayın, göz yaşlarıDuzlu sular od vurub yanaqları yandırar,Dərddən, qəmdən, kədərdən süzülüb axarsınız.
Kəlbəcərdən gələn qarıƏrişindən, arğacından,Sürüsündən, arxacından,
Başqa şairlərin şeirləri
Bəzi jurnalistlər qospitalda yaralı əsgərlərə -- döyüşçülərə yersiz, lüzumsuz suallar verirlər.*Qızarır sarğısında
باز در اشتیاق روی نیازرو نهادم به خاک کوی نیاز
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm