Aldı vaxtımızı dost məclisləri
Aldı vaxtımızı dost məclisləri,Kimlər mey içində məst olmadılar?Badə qaldırdılar dost sağlığına,Heyif ki, çoxları dost olmadılar.
Bizə özgələrin yetməzdi gücü,Döydü öz dolumuz öz dənimizi.Biz orda eşitdik badalaqları,Biz orda qazandıq düşmənimizi.
Qatilə, xainə döndü bir nəfər,“Dostun” fitvasıyla dost dara düşdü.Biz onu vaxtında tanıyammadıq,Onun da günahı dostlara düşdü.
Aldı vaxtımızı dost məclisləri,Aqillər, müdriklər qazandıq orda.Şərab əvəzinə dost qanı içən,Kafirlər, müşriklər qazandıq orda.
Sən giley adamı deyilsən axı,Çox da xırdalanıb getmə dərinə.Zəlimxan, gur səsin, qaynar nəfəsin,Ən böyük zərbədi düşmənlərinə.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-aldi-vaxtimizi-dost-meclisleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vurğunu olduğum, a nazlı ceyran,Küsdürsən könlümü al, axşam-axşam.
Qabağındaİnsan oğlu, ayaqlama hörməti,Yanaq qızarmasın söz qabağında.
Həyatda insan kimi yaşamaq istəyirəmLal duran, tərpənməyən, danışmayan, dinməyən,Qarlı qışda üşüyüb, baharda isinməyən,
A gözlərÜzüldün, süzüldün məni görəndə,Nazlana-nazlana baxdın, a gözlər.