İnsan oğlu, ayaqlama hörməti,Yanaq qızarmasın söz qabağında.Hər kəsin vicdanı olsun məhkəmə,Görsün həqiqəti öz qabağında.

İnsanın taleyi olmasın qara,Uçurmayaq könül, vurmayaq ara.Hiyləni, fitnəni çəkdirək dara,Həyat məhv olmasın göz qabağında.

1968, 23 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri