Elə əvvəlki kimiyəm
Mənelə əvvəlkitəksadiqəm sənə.Dönük olmamışam məhəbbətinə.Qəlbimdəbir dünya sənə qayğım,hörmətimsevgim,ilqarım.Elə əvvəlkitəkbir otaq gülüşüm,qönçə-qönçəkönül mahnılarım.Sənə dediklərimdən çoxnə qədər şirin arzular.Səndən gizli çəkdiyimqəlbimi incidənayrılıq, intizar.Mən elə əvvəlki kimiyəm.Dəyişməmiş kövrəkliyim,Dəyişməmiş şerə sevgim,şairə hörmətim.ŞeirdirHəyatda mənim sərvətim,sənə əmanətim.Mən dəyişməmişəm əsla,elə əvvəlkitək varam.Təzədən doğulsam əgərYenəDünənim, bu günüm kimi yaşaram.ömrüm, günüm,dəyişən bilirsən nədir.Alnımda artan cizgilər,ürəyimin döyüntüsü,gecəmin rahat yuxusu,saçımın qarası.Dəyişir,tərk edir mənicavanlıq dünyası...
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-ele-evvelki-kimiyem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sinəmdə min sözlü bir kamanım var,Əl vursan danışar ay şirin-şirin.
Uşaqlıq da həyatdır...Ömür var, qismətinəƏzəldən bahar düşüb.
Yadıma Xəzər düşürNə zaman ki, saçımı darayıram, hörürəmYadıma Xəzər düşür, yadıma sən düşürsən.
Quşlara daş atmayınQuşlara daş atmayın,Quşlar, ürkər, dağılar.
Başqa şairlərin şeirləri
Bahar fəsli yaz ayları gələndə,Açılarmı sənin kimi gül, Yetər?!
Genə fələklər ünüşdüGenə fələklər ünüşdüQurban-qurban sədasından.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Təcnis: Ov bərəsin gözləməyən ovçununOv bərəsin gözləməyən ovçunun,Ovunu görcəkin nə tur sinə,