Uca dağlar başındaYenə karvan yol eylər.Duman keçər, durularYenə də mavi göylər.

Köksünə çiçəklərdənBəzək vurar güneylər,Durnalar qayıdanda.

Başlayar bahar ömrüYaşıl çəmənin, çölün.Öz ətri, öz yeri varBu torpaqda hər gülün.Yenə bulaq başındaQatarlanar qız-gəlin,Durnalar qayıdanda.

Dağların sinəsindəCığırlar üzə gülər.Dağların ətəyindəFikirlərim dincələr.Dağlara təzə hava,Təzə bir nəfəs gələr,Durnalar qayıdanda.

Hər baxdıqca dağlaraÜrəyim dönər dağa.Bu yenilməz dağlardırSanaram mənə arxa.Dağlar sanki səf çəkibBir də qalxar ayağaDurnalar qayıdanda.

Quzeydəki qarlaraGün düşər xal-xal olar.Buludların gözləriİndi sevincdən dolar.Ayrılığın, həsrətinQəmi arxada qalar,Durnalar qayıdanda.

Torpaq qış yuxusundanOyanar aram-aram.Onun hər zərrəsindəMin hekayət araram.Qayıdan durnalaraMən nəğmə bağışlaramDurnalar qayıdanda.

Meh əsər, bağçalardanQovar dumanı, çəni.Öz çiçək dünyasındaYaşadar bahar məni.Təbiət də başlayarTəzə hekayətiniDurnalar qayıdanda.

Qayaların köksünüGünəş özü naxışlar.Tökülər dərələrəSellər, sular, yağışlar.Könlümə bu səma, yerTər nəğmələr bağışlarDurnalar qayıdanda.

Günəş bir də zər ələrGüllərin paltarına.Düzülər şeh düymələrGüllərin paltarına.Baxarıq durnalarınHəsrətsiz qatarınaDurnalar qayıdanda,Durnalar qayıdanda...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar