Quşlara daş atmayın
Quşlara daş atmayın,Quşlar, ürkər, dağılar.Nağıllı nəğmələriBirdən yarıda qalar.
Quşlara daş atmayın,Qoy qonsunlar ağaca.Könül mahnılarınıOxusunlar doyunca.
Quşlara daş atmayın,Qırılar qanadları.Bir cüt qanadlardadırOnların həyatları.
Quşlara daş atmayın,Balası var quşun da.Anasız balalarıZar-zar ağlar quşun da.
Quşlara daş atmayın,Belə zarafat olmaz.Zarafat dağıdanıBəzən top da dağıtmaz.
Quşlara daş atmayın,Quş dünyası ayrıdır.Quşlar çiçəkli yazınGözəl bəstəkarıdır.
Quşlara daş atmayın,Güllərin gözü dolar.Quşlara daş atmayınYuvalar quşsuz qalar.
Quşlara daş atmayın,Nəğmələnsin bağ-bağça.Sinəmi nişan alınQuşlara daş atınca.
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-quslara-das-atmayin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yüksək dilək, ay dilək,Aydın dilək “ay” dilək,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Qal indiBir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
Dəhr dərmandələrdən müşkili asan eylərDəhr dərmandələrdən müşkili asan eylər,Hicr ilə dərd birdir, vəslilə dərman eylər.