Arsız-arsız yaşayıram dünyada
Canım çıxdı quraqlığın əlindən,Yaylağım yox, yağışım yox, qarım yox.Kölgəsində sərinlənib qalmağa,Ağacım yox, yarpağım yox, barım yox.
Tanrım, mənə nələr yazdı qismətim,Zərrədən də min qat azdı qismətim.Bir təhqirdi, bir qapazdı qismətim,Bundan özgə xeyirim yox, karım yox.
Torpağımı kəsən, tökən qayçı var,Bir payımdan, min pay çıxan payçı var,Düdükçü var, zurnaçı var, züyçü var,Şuşam yoxdu, muğamım yox, tarım yox.
Çaqqal çöldən çəkdi yedi, it evdən,Çılpaq qaldı, çıxammadı lüt evdən.Nəyim qaldı bölünməzdən, bütövdən?Yarım varsa, yarım yoxdu, yarım yox.
Nələr salır haray yada, ün yada?Qarabağda işıq verir gün yada.Arsız-arsız yaşayıram dünyada,Arım yoxdu, arım yoxdu, arım yox!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-arsiz-arsiz-yasayiram-dunyada
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Musa bəyHəm atam, həm qardaşımsan,Salamat qal, ay Musa bəy!
Nigara eşqüñüñ fəryad əlindənNigara eşqüñüñ fəryad əlindənKi qalmaz hicrüñüñ azad əlindən