Ay Kərəm
Səni od yandırdı, Əsli dağladı,Mən suyun odunda yandım, ay Kərəm.Allahım, vallahım çıxdı yadımdan,Yeri də, göyü də dandım, ay Kərəm.
Alışan odlara dil olmaq nədi,Dərdin havasında zil olmaq nədi,Mən indi bildim ki, kül olmaq nədi,Ah çəkib, adını andım, ay Kərəm.
Zəlimxan neyləsin, qismətdə qəm var,Gözdə qığılcım var, kirpikdə nəm var.Niyə sazımızda “Yanıq Kərəm” var,Yanmaq nə deməkdi, qandım, ay Kərəm.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ay-kerem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gün mənim dilim dinməz,damarda qanım danışar,
Ürəyi yoxdursa, ölüdür şairGözümü yumuram, qəlbin gözüyləBöyük dünyalara göz açmaq üçün.
GətirrəmQəlbindən keçəni gizlətmə məndən,Nə desən, gözümün üstə, gətirrəm.
Bir səni sevirəm, bir də həyatıİstər sevinc olsun, istər qəm olsun,Dünyanın hər yeri cəhənnəm olsun,
Başqa şairlərin şeirləri
Barilahim qismət etmişYaxşı yoldaşlan məni,
نه گیتی بد هنوز نه کوشن و دشتکما چهنام داری کومه می کشت
Hanı o yarə uyub, xəlvət etdiyim gecələrHanı o yarə uyub, xəlvət etdiyim gecələr?Ənisü-munis, olub söhbət etdiyim gecələr?
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən