Bənövşə ətirli
(kiçik bacım Rəfiqəyə)
Ay bacım, baharın oğlan çağındaSən mənə bir dəstə bənövşə verdin.Mən elə bildim ki, ixtiyarımaÇəmənli, bulaqlı bir meşə verdin.
Bir zərif çiçəkdə, bir damla şehdəGördüm təbiətin oyandığını.Gördüm zirvələrin yerə göz vurub,Düzlərin min rəngə boyandığını.
Ömür ver bahara, könül ver yaza,Açıl çiçək kimi, solma, ay bacım.Bənövşə ətirli olmaq gözəldi,Bənövşə taleli olma, ay bacım.
1978, 14 mart
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-benovse-etirli
← → düymələri ilə keçid, R — təsadüfi şeir