Ayları, illəri almazdım saya,Anları sayıram, indi anları.Azaldıqca ömür, çoxaldıqca yaş,Çoxalır həyatın imtahanları.

Enişdən, yoxuşdan keçdi ömür, gün,Həyat yollarında gördüm nələr var.İtən, unudulan aylar, fəsillər,Allahlıq eləyən dəqiqələr var!

1978, 7 yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri