Ölən dünya kimə gərək
Ölən dünya kimə gərək,əzizim,İnsaf ölü, iman ölü,din ölü.Yarımçıqlar ağıryükdü varlığa,Ürək qırıq, səsyarımçıq, ün ölü.
Güllərini yelləryolan xəstənin,Ətri gedib, rəngisolan xəstənin,Kövrəldikcə gözüdolan xəstəninGözlərində Ay pərişan,gün ölü.
Düz halalla,doğru haqla gözəldi,Dünya ruhla,kef-damaqla gözəldi.Həyat ancaq yaşamaqlagözəldi,Bir dirini əvəz etməzmin ölü.
Almaniya,Münster şəhəri
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-olen-dunya-kime-gerek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Pasiban olmuş qəmər qapında, dərban aftab,Hər biri bir vəchilə sən şaha qılmış intisab
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
OldumƏya Nəvvab, valayi-süxəndan,Yetişdi naməniz dilşad oldum.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül