Əbədiyyət xülyası
İlləri saldım yola, yolun ortasındayam,Zamanın iş-peşəsi başımı qatmaq oldu.Kiminin toyundayam, kiminin yasındayam,Nə bir rahat yaşamaq, nə şirin yatmaq oldu.Vaxt olmadı gülləri doyunca qoxlamağa,Tikanın işi-gücü gözümə batmaq oldu.Gücüm çatmadı vaxtı yerində saxlamağa,Zamanı nə ləngitmək, nə də yubatmaq oldu.Ulu şairlər kimi mən qurşandım alverə,Vəzifəm dərdi alıb, kədəri satmaq oldu.Əbədiyyət xülyadı, can atdım nahaq yerə,Nə əvvələ qayıtmaq, nə sona çatmaq oldu.
2001, 8 aprel
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ebediyyet-xulyasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənə gəl-gəl dedi bu axşam, bu dan,Aldım qüvvətimi torpaqdan, sudan.
DahaBir dəfə verilir vergi insana,Qədrini bilmədin, verilməz daha.
Mirvarid xanım“Səməd Vurğun – 80” təşviqat qatarında, ongünlük Azər -*baycan rayonlarına səfər zamanı Xalq şairi Mirvarid Dilbazini*
Oxu, aşıq KamandarGöz açandan vurğunam,Avazına, səsinə.
Başqa şairlərin şeirləri
Ol kimsə kim, bu dünyəvü üqbadə şahdir,Həm ənbiyalər üstə ulu padşahdir.
KölgəSənin kölgən düşür burda hər şeyə;Bu evə-eşiyə,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,