Şuşa deyiləndə mənim ağlıma,Qurdlara yem olmuş bir quzu gəlir.Torpağı satanın gözünə xalqın,Nə çörəyi gəlir, nə duzu gəlir.

İtirəm dumanda, azıram çəndə,Olmaq istəmirəm Allaha bəndə.İsa bulağını fikirləşəndə,Gözümdən həmişə qanlı su gəlir.

Qurulan bu qurğu, tələ bəsidir,Bu millət çox baxdı ələ, bəsidir.Qələbə düşmənin qələbəsidir,Gəlir, may ayının doqquzu gəlir.

2001, 3 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən