Hamarkənd - Yardımlıda Sabir Rüstəmxanlınındoğulduğu kəndin adıdı

Nə gözəl yerdəsənHamarkənd, Hamarkənd,Duyduğum, gördüyüm,sevdiyim nə varsa,Qəlbimə, ruhumasevgitək damar kənd.Torpaq bir ürəkdi,kənd onun damarı,Qanımız işləməzkəsilsə damar, kənd.Şəhərdən küsəndə,qəlbimizSınığı, söküyüəllərin yamar kənd.Şairin istəyi. ülfətdi, sevgidi,İstəyi nədirsə,onu da umar kənd.Nur kimi ələndim,ətrinə bələndim,Etmisən ruhumumehrinlə xumar, kənd.Süfrəndə halallıq,duz-çörək kəsmişik,Haqqını unutsam,gözümü yumar kənd.Mən səni Allahatapşırıb gedirəm,Həmişə halal qal,Həmişə hamar qal,Hamarkənd, Hamarkənd.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri