Aşıq ədalətə
Ədalətin əllərindətut parçası — od parçası,Ədalətin nəfəsindəquru taxta — ud parçası,Ədalətin xəyalındasaz dünyası — naz dünyası.Ədalətə qız yerinəhaqdan gələn butadı saz,Ədalətin varlığındaanadı saz, atadı saz.Ədalətin yaddaşındaAdəmdi, Nuhdu saz,Damarda çağlayan qandı,bədəndə ruhdu telli saz.Ədalətin ürəyindəamandı, ahdı telli saz,Allah günaha yazmasın,desəm Allahdı telli saz.“Misri” çalar, yeddi rəngiyetmiş yeddi rəng eylər,“Cəngi” çalar, yerlə-göyləyaradanla cəng eylər.“Dilqəmi”si Yəhya bəydətüstülənən dumansınız,“Kərəmi”si keşişlərəqəzəbimiz, üsyanımız.“Ruhani”si qasırğamız,“Müxəmməs”i tufanımız.Ədalətin çaldığı saz,İman yeri, güman yeri,Ümidimiz, gümanımız.Nisgilləri öz köşkünəçəkib yığan ağrıdı saz.Ədalətin oda dönən,köz-köz olan bağrıdı saz.Neçə könül kəhkəşanı,neçə könül sarayıdı,Ədalətin barmağındaKöç-köç olan bir millətin,“Kərəmköçdü” harayıdılYer üzünün ocağını, istisini,Göy üzününGünəşini qatdı saza,Füzuliyə qardaş oldu,Şəbi-hicranatəşini qatdı saza.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-asiq-edalete
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Məndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,