Bayatı ömrü ver şeirlərimə
Gəl, ilham pərisi, gəl qucaqlaşaq,Qabaraq, çəkilək, qaynayaq, daşaq.İşlə naxışını, toxu xalını,Qəlbimə, ruhuma çək sığalını.Yaşamaq əmri ver misralarıma,Bayatı ömrü ver şeirlərimə.
Közdə, qığılcımda, alovda, odda,Ruhda, şirinlikdə, ləzzətdə, dadda,Dəftərdə, kitabda, yaddaşda, yadda,Əzəli-əbədi yaşamaq üçünBayatı ömrü ver şeirlərimə.
Sazdan barxanası, muğamdan yükü,Nağıldan mayası, dastandan kökü,Dağlardan selini-suyunu göndər,Zirvədən görünən boyunu göndər.Tarixin basılmaz səngərini ver,Dəvə karvanının ləngərini ver.Səhranın qızılı qumuna döndər,Torpağın qapqara şumuna döndər,Bayatı ömrü ver şeirlərimə.
Bu dəvə deyimlər, karvan misralarQəmi daşıyarmış, dərdi çəkərmiş.Min sətri düzsən də ağ varaqlara,Yükü misraların dördü çəkərmiş.Ölməz bayatılar ölümün üstəQoşun yeridərmiş, ordu çəkərmiş.
Sabah başdaşıma yazdırmağa daCəmi dörd misralıq bayatım olsun.Sarı aşıqlara yoldaş eyləsin,Bayatım çevrilsin həyatım olsun.Ey ilham pərisi, vaxt əsirgəmə,Bayatı ömrü ver şeirlərimə,Bayatı ömrü ver şeirlərimə.
2006, iyun
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bayati-omru-ver-seirlerime
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Torpaq diri, toxum sağlam, yer sulu,Bu ağacın bar gətirən vaxtıdı.
Dünya başdan-başa çilçıraq olduSən gəldin, təbiət nura boyandı,Ay ocaq yandırdı, il çıraq oldu.
Torpaq ətriÖz içimdə torpaq əkib, dən səpirəm,Duyğuları cücərdirəm pöhrə kimi.
Mən ürəyi ürək kimi saxlamadımMən bilmədim sına bilər, yana bilər,Mən ürəyi ürək kimi saxlamadım.