Dədəm Qorquda
Mənə kimliyimi sən öyrətmisən,Sənin kimliyini bilənəm, DədəmlƏvvəlim də sənsən, axırım da sən,Səndən sənə doğru gələnəm, Dədəml
Mürşidim, ustadım, Lələm, Ozanım,Xeyrə danışanım, xeyrə yozanım,Dan yerim, axşamım, sübhüm, əzanım,Sevgimi səninlə bölənəm, Dədəml
Nə susan, nə də ki, kiriyənəm mən,Oğuzda, qopuzda əriyənəm mən.Sənin yerişinlə yeriyənəm mən,Sənin gülüşünlə gülənəm, Dədəml
Mən bir söz qaynağı, söz yuvasıyam,Yarpağam, torpağam, od, hava, suyam.Yeddidən yetmişə saz havasıyam,Saz üstə baş qoyub ölənəm, Dədəml
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-dedem-qorquda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə yadıma düşdü, o sərin yaz axşamı,Eşqimin, həyatımın unudulmaz axşamı.
Dünyaİnsanın qəlbində həsrət olanda,Yüz ilə döndərər yüz günü dünya.
Ümid bağlayanda...Qayadan yaranır, daşdan yaranır,Abbas yaxşı deyib, küldən dağ olmaz.
SənsizÜrək, bir dəqiqə gəzə bilmərəmNə yamacı sənsiz, nə yalı sənsiz.