Gözləyirəm
Dan yerində sevinc var,Sabahı gözləyirəm.Sabahdan nə fəryadı,Nə ahı gözləyirəm.
Yol müqəddəs, mən atlı,Fikrim qollu-qanadlı,İlahidən söz adlı,Silahı gözləyirəm.
Sultanı taxt çağırır,Xoşbəxti bəxt çağırır,Görək nə vaxt çağırır,Allahı gözləyirəm.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gozleyirem-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir